Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“JUJUTSU KAISEN 0” “Park Cinema”da

“JUJUTSU KAISEN 0” “Park Cinema”da

Tarix: 12 May 2022 16:45

Anime həvəskarları üçün əsl bayram Park Cinema kinoteatrlar şəbəkəsini hazırlayır. Mayın 19-dan etibarən şəbəkənin hər bir kinoteatrında JUJUTSU KAISEN 0 nümayiş etdiriləcək.

JUJUTSU KAISEN 0 uşaqlıq dostunun lənətinə məruz qaldıqdan sonra Satoru Qoconun rəhbərliyi altında sirli Tokio Jujutsu Liseyinə daxil olan əsəbi lisey şagirdi Yuta Okkotsu haqqında bəhs edir. Film Gege Akutami-nin məşhur fövqəltəbii macəra seriyasının prikvel manqası olan JUJUTSU KAISEN 0 (JUMP COMICCS/ Shueisha) əsasında hazırlanmışdır.

JUJUTSU KAISEN anime seriyası Shueisha's Weekly Shonen Jump-da seriallaşdırılan və Yaponiyada 60 milyon nüsxədən çox satılan eyni adlı ən çox satılan manqaya əsaslanır. ABŞ-da seriya VIZ Media tərəfindən nəşr olunur. Anime seriyası 2021-ci ildə Crunchyroll Anime Mükafatları tərəfindən İlin Animesi seçildi. Həm Crunchyroll, həm də Funimation öz platformalarında pərəstişkarlarının teatr təcrübəsini görməzdən əvvəl izləmələri üçün bütün seriyaları həm subb, həm də dublyaj edirlər.

JUJUTSU KAISEN 0 artıq bir neçə ölkədə nümayiş etdirilib və izləyicilərdən müsbət rəylər alıb. IMDB saytında onun reytiniqi 8-ə bərabərdir. Anime mövzusunda çox diqqətli olan yapon tənqidçiləri onu son illərin ən yaxşı animelərindən biri adlandırırlar.


Etiketlər:  JUJUTSU KAISEN Park Cinemada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ