Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sevilya" "Qarabağ"la oyunun hazırlıqlarına başladı - Şəkillər

Tarix: 16 Sentyabr 2019 15:16

"Sevilya" Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda qarşılaşacağı "Qarabağ"la səfər oyununun hazırlıqlarına başlayıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, komanda bu gün bir məşqə çıxıb. İspaniya klubunun heyətində Nolito əzələsində zədə səbəbindən fərdi qaydada məşq edib.

Qeyd edək ki, "Sevilya" sabah Bakıya yola düşəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.



 

 


Etiketlər:  Sevilya Qarabağla oyunun hazırlıqlarına başladı Şəkillər


RƏYLƏR