Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı dəyişiklik təsdiq edilib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı dəyişiklik təsdiq edilib

Tarix: 13 May 2022 13:12

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil ala biləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Təhsil haqqında" qanunlara dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şərait yaradılacaq.

Dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Etiketlər:  Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı dəyişiklik təsdiq edilib


RƏYLƏR