Tarix: 1 May 2019 00:08
Region Liqasının İşçi Qrupu AFFA İntizam Komitəsinin “Füzuli” – “FC Baku” komandalarının oyunu ilə bağlı çıxardığı 29.04.2019-cu il tarixli müvafiq qərarı əsas tutaraq, 1/2 final qarşılaşmasının “FC Baku” – “Şahdağ” oyununun nəticəsini ləğv edib.Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, qurum Qusar təmsilçisinin birbaşa final yüksəlməsi barədə qərar qəbul edib. Eyni zamanda, digər yarımfinal oyununda “Uğur” komandasına məğlub olmuş “Araz –Naxçıvan” birbaşa Region Liqasında 3-cü yerin sahibi olub.
Qeyd edək ki, danışılmış oyunlarda günahlandırılan “Füzuli” və “FC Baku” klubları İntizam Komitəsinin 29.04.2019-cu il tarixli qərarına əsasən, cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.