Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda telekanal direktoru azadlıqdan məhrum edildi

Gürcüstanda telekanal direktoru azadlıqdan məhrum edildi

Tarix: 16 May 2022 12:18

Gürcüstanın müxalif "Mtavari Arxi" telekanalının direktoru Nika Qvaramia 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən dinləmədə hakim Qvaramiyanın məhkəmə zalında həbs edilməsinə qərar verib. Nika Qvaramiya özünü təqsirli hesab etmədiyini bildirib.

O, "Rustavi 2" telekanalının rəhbəri olduğu zaman vəzifə səlahiyyətlərindən yayım şirkətinin marağının ziddinə istifadə etməkdə və külli miqdarda mənimsəmədə ittiham edilir.


Etiketlər:  Gürcüstanda telekanal direktoru azadlıqdan məhrum edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ