Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır

Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır

Tarix: 16 May 2022 20:46

Hindistanın şimalında anomal istilər müşahidə olunur.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Dehlidə havanın temperaturu Selsi şkalası üzrə 49,2 dərəcəyə çatıb. Bunun mart ayından sonra ölkədə 5-ci isti hava dalğası olduğu bildirilir.

Son günlərdə xüsusilə də Himaçal Pradeş, Haryana, Uttaraxand, Pəncab və Bihar əyalətlərində havanın temperaturunun artdığı müşahidə edilib. Hindistanın hidrometerologiya departamenti bəzi bölkələrdə temperaturun 2-4 dərəcə düşə biləcəyini, lakin ümumən ölkədə kəskin isti havaların davam edəcəyini açıqlayıb. Ölkə rəsmiləri bir sıra bölgələrdə temperatur yüksəlməyə davam edəcəyindən insanları tədbirli davranmağa çağırıblar.


Etiketlər:  Hindistanda havanın temperaturu dərəcəyə çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ