Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 21:14
Birincisi, Rusiyanın İsveçi və ya Finlandiyanı işğal etmək imkanı yoxdur. Onsuz da Ukraynanın öhdəsindən çətinliklə gəlirlər. Hətta Rusiya Ukraynada məğlub olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib.
"Yazın sonunda, sentyabra qədər Ukrayna ordusunun Rusiya qüvvələrini 23 fevral xəttinə geri oturdacağını proqnozlaşdırıram. Bundan sonra biz uzunmüddətli perspektivdə Ukrayna torpaqlarının, o cümlədən Krımın və Donbasın tamamilə geri alınmasına diqqət yetirməliyik", - Hoces vurğulayıb.
O bildirib ki, Türkiyənin Rusiyanın Krımı ilhaqını tanımaması çox vacibdir:
"Bu, Türkiyənin regionda göstərdiyi liderliyin mühüm nümunəsidir. Beləliklə, təbii ki, Rusiya Finlandiya və İsveçi hədələyəcək. Onlar nüvə silahlarına sahib olduqlarını xatırlatmaq üçün paradda nümayiş etdirdilər. Amma əminəm ki, hücum etməyəcəklər. Lakin Böyük Britaniya artıq iki ölkə ilə qarşılıqlı müdafiə sazişləri imzalayıb. Düşünürəm ki, problem yaranarsa, ABŞ və başqaları da dəstək verməyə hazırdır. Finlandiya onilliklər ərzində Rusiyanın mümkün işğalına hazırlaşır. Dünyanın ən yaxşı səfərbərlik sisteminə sahibdirlər. Onların çox güclü daimi ordusu var. Düşünürəm ki, Rusiya təhdid edə bilər, amma onu da bilir ki, bu prosesi dayandıra bilməz".