Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 21:20
Dmitri Pronin "Moskviç" avtomobil zavodunun direktoru təyin edilib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Metropoliten Nəqliyyat Departamenti məlumat yayıb.
"Dmitri Pronin on ildir ki, Moskva Nəqliyyat Kompleksində rəhbər vəzifələrdə çalışıb və avtomobil sənayesində təcrübəyə malikdir", - məlumatda deyilir.
Moskva meri Sergey Sobyanin Moskvadakı "Renault" zavodunun şəhər hakimiyyətinə təhvil verilməsindən sonra tarixi brend altında avtomobillərin istehsalının bərpa olunduğunu elan edib. O, həmçinin bildirib ki, şirkət gələcəkdə elektromobillər istehsal edəcək. "Moskviç" avtomobilləri Rusiyada 2022-ci ildən istehsal oluna bilər.