Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Pafos və ləhcə olmamalı, səs insan beyninə çəkic kimi vurmamalıdır...” - FOTOlar

“Pafos və ləhcə olmamalı, səs insan beyninə çəkic kimi vurmamalıdır...” - FOTOlar

Tarix: 17 May 2022 19:15

"Ölkəmizdə dublyaj sənəti 1937-ci ildə yaranıb. İlk dəfə Şüa Şeyxovun "Çapayev" bədii filmi rus dilindən Azərbaycan dilinə dublyaj olunub.

Səsləndirmədə o vaxtın görkəmli aktyorları iştirak ediblər. Bəs görəsən dublyaj aktyoru olmaq üçün ilk öncə sənətçidə hansı keyfiyyətlər olmalıdır?

Milli.Az xəbər verir ki, tanınmış aktyor Allahverdi Yolçuyev moderator.az-a bununla bağlı danışıb.

"Birinci ordan başlayaq ki, filmin özü, əsər yaxşı redaktə, tərcümə olunmalıdır ki, aktyor çətinlik çəkməsin. Aktyorun ilk növbədə nitqi, danışığı, səs tembri, duyumu, başa düşməsi, sözlərin düzgün tələffüz olunması, xarakteri az da olsa verməsi lazımdır. Dublyaj aktyoru ilk növbədə nitqinə fikir verməlidir, orada qətiyyən ləhcə olmamalıdır. Pafos lazım deyil, olmaz. Səs insanın beyninə çəkic kimi vurulmamalıdır, tamaşaçı səsdən ləzzət almalıdır. Mən avtobusda kiminləsə telefonla danışanda o dəqiqə dönüb baxırlar, məni tanımırlar, amma səsimi tanıyırlar. Bəzən məni də tanıyırlar (gülür). Mənə çox vaxt elə "Şirin baba", "Qarqamel" (Şirinlər) deyirdilər, səsimi eşidən kimi tanıyıb deyirdilər ki, aa həmin filmi siz dublyaj etmisiniz? Bəxtim elə gətirdi ki, ömür boyu özümə kumir saydığım dünya şöhrətli aktyor Lui De Finesin "Fantamaz" "Jandarma" və s. filmlərini dublyaj etməklə səsləndirməyə başladım. Bu mənim üçün çox maraqlı idi. Aktyorun səhnədə oynadığı rollarla filmdə səsləndirdiyi rollar arasında böyük fərq var. Bir rol verə bilərlər, teatrda aylarla məşq edə bilərəm, amma dublyaj belədir ki, buradan verirlər mətni, burdan da başlayırsan filmi oxumağa. Hər şey cəld olmalıdır" deyə tanınmış aktyor bildirib.

Milli.Az


Etiketlər:  Pafos ləhcə olmamalı səs insan beyninə çəkic kimi vurmamalıdır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ