Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Ərdoğanın reaksiyasından sonra yumşaldı

Putin Ərdoğanın reaksiyasından sonra yumşaldı

Tarix: 18 May 2022 13:26

Rusiyanın İsveç və Finlandiyanın NATO üzvülüyünə ilk münasibəti olduqca sərt oldu, amma görəndə ki, Türkiyə hər iki ölkənin qəbuluna qarşıdı, o halda Putin nisbətən yumşaq mövqe sərgilədi.

Sonxeber.net bu sözləri axar.az-a geniş müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Putinin İsveç və Finlandiyanın NATO üzvlüyünə daha loyal münasibətinin səbəbi haqda danışarkən deyib.

"Digər tərəfdən, Ukraynanı İsveç və Finlandiya ilə müqayisə etmək olmaz. Ukrayna ərazisinə görə Avropanın ən böyük dövlətlərindən biridir və Rusiya üçün çox böyük geosiyasi əhəmiyyəti var. Rusiya hesab edir ki, Ukrayna keçmiş imperiyanın tərkib hissəsi kimi həmişə onun yanında olmalıdır. Çox təəssüf ki, yumşaq güc tətbiqi ilə bunu edə bilmədiklərindən hərbi gücdən istifadə etdilər. Nəticəsi isə, kimin qalib gəlməsindən asılı olmayaraq, hər iki ölkə üçün ağır olacaq".


Etiketlər:  Putin Ərdoğanın reaksiyasından sonra yumşaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ