Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 21:36
İtaliyada ölkə əhalisinin yarıdan çoxuna 200 avroluq birdəfəlik yardım veriləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hökumət birdəfəlik yardımla pandemiya və artan enerji qiymətləri fonunda iqtisadi və investisiyaların cəlbi sahəsində aktivliyi artırmaq, eləcə də ev təsərrüfatlarına və kiçik bizneslərə dəstəyi nəzərdə tutur.
Təxminən 31,5 milyon nəfərə şamil olunacaq birdəfəlik yardım illik gəliri 35 min avrodan az olanlara veriləcək. İşçilər və tələbələr üçün 60 avrodan başlayan ictimai nəqliyyat vauçerləri də elektron şəkildə ödəniləcək və dekabr ayına qədər istifadə edilə bilər.
Həmçinin birdəfəlik müavinətin maliyyələşdirilməsi üçün 500 milyon avroluq xüsusi fond yaradılır.