Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Mariupolda təslim olanların sayını açıqladı

Rusiya Mariupolda təslim olanların sayını açıqladı

Tarix: 19 May 2022 08:45

Son sutka ərzində "Azovstal" zavodunda mühasirədə qalan 700-ə yaxın ukraynalı hərbçi təslim olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-polkovnik İqor Konaşenkov deyib.

"Mariupolda millətçi "Azov" bölməsinin döyüşçüləri və ukraynalı hərbçilərin təslim olması davam edir. Son sutka ərzində 694 nəfər təslim olub. Onların 29-u yaralıdır", - Konaşenkov bildirib.

Onun sözlərinə görə, son iki gündə 959 nəfər ukraynalı döyüşçü silahı yerə qoyaraq təslim olub. Onların 80-i yaralıdır. Yaralılardan 51-i müalicə olunmaq üçün Novoazovskdakı xəstəxanaya göndəriliblər.

Milli.Az


Etiketlər:  Rusiya Mariupolda təslim olanların sayını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ