Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İkili standarlar, ikili mövqe - Qərb Ermənistanda yaşananlara niyə göz yumur?

İkili standarlar, ikili mövqe - Qərb Ermənistanda yaşananlara niyə göz yumur?

Tarix: 19 May 2022 13:08

İki standartlar, qərəzli, ədalətsiz yanaşma, xristian təəssübkeşliyi - illər uzunu Azərbaycan bu qeyd olunanları öz üzərində hiss edən dövlət olub. 30 ildən artıq müddətdə beynəlxalq aləm Azərbaycanın yaşadığı müsibətlərə göz yumdu, milyonlarla insanın ev-eşiyindən qovulmasına reaksiya vermədi. İşğala məruz qalan dövləti deyil, işğalı həyata keçirən Ermənistanın yanında durdular.

Və bu ədalətsiz münasibətə dözməyib torpaqlarını azad edəndə də bu qərəzin, ikili münasibətlərin şahidi olduq. Torpaqlarını azad etməyə qalxan Azərbaycana elə dövlət qalmadı ki, təpgi göstərməsin. İşğalçı dövlət qalıb bir yanda, öz torpaqlarını azad etməyə qalxan Azərbaycan hədəfə alındı. BMT və digər beynəlxalq təşkilatların 30 il edə bilmədikləri edən Azərbaycan yenə hədəfə alındı. İşğalçı qaldı bir tərəfdə, işğala məruz qalan Azərbaycanı tənqid edən beynəlxalq təşkilatlar və erməni havadarları bir dəfə də olsun Ermənistan əleyhinə bəyanat və yaxud qərar qəbul etmədilər. 44 günlük müharibə zamanı Ermənistan mülki şəxsləri, uşaqları və qocaları ballistik raket hücumları ilə öldürdü, beynəlxalq aləm yenə susdu. Növbəti dəfə Azərbaycana qarşı ikili standartlar və qərəzli münasibətlərin müşahidə etdik.

Götürək, elə Ermənistanda  baş verən son hadisələri. Neçə gündür ki, ölkəni etiraz aksiyaları, zorakı hadisələr bürüyüb. Hansısa bir beynəlxalq hüquq-müdafiə təşkilatının, insan haqlarından dəm vuran dövlətin səsi çıxıbmı? Xeyr. Əvəzində Azərbaycanda bir qrup üzdəniraqın şəhərin mərkəzində, insanın gur toplaşdığı məkanda etiraz aksiyasına dərhal reaksiya verirlər. Həmin o səfirlik və beynəlxalq təşkilatların, onların buradakı qulbeçələrinin məqsədi bəllidir - polisi özündən çıxarıb gərginlik yaratmaq və növbəti dəfə beynəlxalq aləmdə ölkəizə qarşı kampaniyaya başlatmaq. Lakin əmin olsunlar ki, buna nail ola bilməyəcəklər.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  İkili standarlar ikili mövqe Qərb Ermənistanda yaşananlara niyə göz yumur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ