Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarova: "Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib"

Zaxarova:

Tarix: 19 May 2022 13:54

Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin mümkünlüyü haqda ittihamlarının bir sıra məqsədi var:

"Daima Rusiyanı guya Ukraynada nüvə silahından istifadə edə bilməkdə ittiham edən amerikalılar bir sıra məqsədlər güdürlər. Bu məqsədlərdən biri məlumdur - öz əhalisini qorxutmaq. Amma Rusiya heç vaxt nəyinki nüvə silahı ilə hədələməyib, əksinə, bütün tərəfləri bu cür məsuliyyətsiz addımlara qarşı xəbərdar edib, hansı ki, bu, Vaşinqtonu qane etmir", - deyə Rusiya XİN sözçüsü telegram kanalında yazıb.

Milli.Az


Etiketlər:  Zaxarova Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ