Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 18:30
"Zənnimcə Elza xanıma kömək etmək lazımdır. Elza Seyidcahan sənətlə yaşayan xanımdır. Onun elə çox imkanı yoxdur ki, ağır yükün altından çıxa bilsin".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu Əməkdar artist Elza Seyidcahanın ünvanına deyib. O, müğənninin efirdə yardım yığması məsələsinə münasibət bildirib:
"Ali Məhkəmə nə qərar verib və nə əsasa verib heç kim demir. Elza elə qız deyil ki, yalan danışsın. Elzanın həmişə haqqı tapdalanıb, həmişə rişxənd edib onun üzərindən reytinqlər qazanılıb. Hər kəliməsində filosofiya var bu xanımın. Təbii ki, başa düşənlər üçün. Hər dəfə abrına sığınıb cavab verməyib ona olunan haqqsızlıqlara. İndi neçə gündür baxıram hamı susub. Elza xanıma dəstək olanlar tək ona deyil, öz camiyyəsinə dəstək olur anlamına gəlir".
Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.
Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə proqramda yardım istəyib.