Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 21:58
Qazaxıstanın cənubunda, Çimkənddə doğum evinin yaxınlığındakı aptekdə partlayış baş verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, partlayış nəticəsində biri yeni dğulmuş körpə olmaqla 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.
"Faciəli hadisənin qurbanları 1979-cu il təvəllüdlü mühafizəçi, 1980-ci il təvəllüdlü fəhlə və 18 günlük yeni doğulmuş uşaqdır", - deyə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Partlayış və yanğın nəticəsində aptek binası qismən dağılıb.
Partlayış zamanı perinatal mərkəzdə 189 xəstə və 65 işçi olub. Zərərçəkənlər Türküstan Regional Klinik Xəstəxanasına, Çimkənd Şəhər Klinik Xəstəxanasına, 2 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
Partlayış faktı üzrə polis Cinayət Məcəlləsinin "Yanğın təhlükəsizliyi tələblərini pozma, insan ölümünə səbəb olduqda" maddəsi ilə ilkin istintaqa başlayıb.