Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''ABŞ Moldovanı silahla təmin etməyə hazırdır''

''ABŞ Moldovanı silahla təmin etməyə hazırdır''

Tarix: 23 May 2022 07:38

"ABŞ, konstitusiyasında neytrallığı nəzərdə tutan Moldovanı ölkə rəhbərliyi istəsə, silahla təmin etməyə hazırdır".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks prezident Maia Sandu ilə danışıqların yekunu üzrə Kişinyovda keçirdiyi brifinqdə deyib.

"Bizim Moldova hökuməti ilə belə danışıqlarımız var, lakin yardım Moldova tərəfinin tələblərindən artıq olmamalıdır. Düşünürəm ki, nə baş verəcəyi ilə bağlı razılaşıb-razılaşmadığımızı başa düşməliyik. Mən Moldova rəhbərliyinin bizdən tələb etdiyindən kənara çıxmaq istəmirəm", - amerikalı konqresmen bildirib.

Bundan əvvəl, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass "The Daily Telegraph" qəzetinə bildirib ki, NATO müttəfiqləri təkcə Ukraynanın deyil, Moldovanın da alyansın standartlarına uyğun silahlanmasının vacibliyini müzakirə edirlər.


Etiketlər:  ABŞ Moldovanı silahla təmin etməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ