Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki günlük Gəncə konsertində yaşananlar

İki günlük Gəncə konsertində yaşananlar

Tarix: 23 May 2022 20:25

Xalq artisti Röya Ayxan Gəncədə iki gün ard-arda solo konsert verib. Müğənni 21-22 may tarixində Gəncə Dövlət Filarmoniyasında səhnəyə çıxıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, pop ulduz 80 dəqiqəlik musiqili gecədə 20-ə yaxın mahnısını canlı səsləndirib.  11 ildən sonra Gəncədə konsert verən sənətçinin repertuarına keçmiş və yeni mahnıları daxil edilib. 

Röyanı səhnədə 10 nəfər musiqiçi və iki solistdən ibarət Coşqun Qadaşovun rəhbərlik etdiyi orkestr müşayiət edib. Tədbirə böyük texniki heyət cəld edilib və müasir işıqlandırma sistemi qurlaşdırılıb. 

Bundan əlavə, Xalq artisti hər gün üçün ayrı libas hazırlatdırıb, geyimlər aktrisa Nərgiz Əliyevanın modalar evinin imzasını daşıyıb. 

R. Ayxan konsertin ikinci günündən əvvəl Gəncədə N saylı hərbi hissəyə gedib. Estrada ifaçısı 3 minə yaxın əsgər qarşısına çıxaraq mahnılarını səsləndirib, onlarla söhbət edib, xatirə fotosu çəkdirib. 

1 saatlıq səhnəsindən sonra Röya Ayxan Gəncə Dövlət Filarmoniyasına yola düşərək sözügedən məkanda ikinci çıxışını edib.  

Bu dəfə də Xalq artistinin konsertində izdiham yaşanıb.  

Sözügedən konsertdə İska İsmayılov tərəfindən lentə alınan fotoları təqdim edirik:


Etiketlər:  İki günlük Gəncə konsertində yaşananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ