Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 19:46
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynanın müharibədən sonrakı bərpasını maliyyələşdirmək üçün Rusiyanın aktivlərindən istifadə etməyi təklif edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Davosda Dünya İqtisadi Forumunda deyib.
Ursula von der Leyen bildirib ki, Aİ tarixində ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə hərbi yardım edir: "Biz iqtisadi gücümüzü tam səfərbər edirik".
Avropa Komissiyasının prezidenti əlavə edib ki, Ukraynaya 10 milyard avrodan çox makromaliyyə yardımı təklif ediblər: "Bu, Avropa İttifaqının üçüncü ölkə üçün indiyə qədər təklif etdiyi ən böyük makromaliyyə yardım paketidir.
ABŞ və digər ölkələr də əllərindən gələni edirlər. Bu, yaxın tarixdə misli görünməmiş iqtisadi yardım əməliyyatıdır".
O qeyd edib ki, Ukraynanın yenidən qurulması üçün həmrəylik vacibdir: "Hər bir dəstək, maliyyə vacibdir və hətta mümkündürsə, Rusiya aktivləri də daxil olmaqla bütün imkanlardan istifadə olunmalıdır".