Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya və Çin bombardmançıları havaya qaldırdı – Birgə “əzələ nümayişi”

Rusiya və Çin bombardmançıları havaya qaldırdı – Birgə “əzələ nümayişi”

Tarix: 24 May 2022 23:20

Rusiya və Çin döyüş təyyarələri Asiya-Sakit okean bölgəsində birgə patrul uçuşları həyata keçiriblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Tu-95" və Çin Hərbi Hava Qüvvələrinin "H-6K" bombardmançı təyyarələri Yapon və Şərqi Çin dənizlərində patrul uçuşu həyata keçiriblər.

Patrul uçuşlarının keçirildiyi bəzi bölgələrdə Yaponiya və Cənubi Koreyaya məxsus döyüş təyyarələrinin Rusiya və Çin qırıcılarını müşayiət etdikləri bildirilib. Açıqlamada patrul uçuşlarının beynəlxalq hüquqa uyğun olaraq, hava məkanını pozmadan həyata keçirildiyi diqqətə çatdırılıb.

Açıqlamada patrul uçuşlarının üçüncü ölkəyə qarşı yönəlmədiyi vurğulanıb.

Milli.Az


Etiketlər:  Rusiya Çin bombardmançıları havaya qaldırdı Birgə əzələ nümayişi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ