Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron və Ərdoğan arasında telefon danışığı gözlənilir

Makron və Ərdoğan arasında telefon danışığı gözlənilir

Tarix: 26 May 2022 09:00

Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq niyyətindədir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü axşam "France-Presse" agentliyi məlumat yayıb.

Telefon danışığı Paris vaxtı ilə saat 11:30-da (Bakı vaxtı ilə 13:30) baş tutacaq.

Agentliyin məlumatına görə, söhbətin mövzularından biri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyi olacaq.


Etiketlər:  Makron Ərdoğan arasında telefon danışığı gözlənilir


RƏYLƏR