Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda atışmada yaralanan azərbaycanlı aktyor öldü

İstanbulda atışmada yaralanan azərbaycanlı aktyor öldü

Tarix: 26 May 2022 16:22

Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident zamanı ağır xəsarət alan azərbaycanlı aktyor Kamran Dadaşzadə ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, o, müalicə aldığı Cərrahpaşa xəstəxanasında keçinib.

Qeyd edək ki, mayın 23-də İstanbulun Fatih rayonunda atışma zamanı güllələrdən biri Kamran Dadaşzadənin baş nahiyəsinə tuş gəlib.

Xatırladaq ki, Kamran Dadaşzadə Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində "Kurtlar Vadisi", "Savaşçı", "Kardeş Payı" və "Servet" seriallarında çəkilib.


Etiketlər:  İstanbulda atışmada yaralanan azərbaycanlı aktyor öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ