Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrov Zelenskinin şərtlərini qeyri-ciddi adlandırıb

Lavrov Zelenskinin şərtlərini qeyri-ciddi adlandırıb

Tarix: 26 May 2022 22:12

Vladimir Zelenski Rusiya ilə danışıqların bərpası və Rusiya prezidenti Vladimir Putinlə görüş üçün qeyri-ciddi şərtlər irəli sürür.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"O, hər gün nəsə müsahibə verir və danışıqlara hazır olduğunu deyi. O bildirib ki, danışıqlar yalnız onunla Putin arasında ola bilər. Bununla hər hansı başqa səviyyədə məşğul olmağın mənası yoxdur. Onun fikrincə, danışıqlar heç bir vasitəçi olmadan və yalnız Ukrayna fevralın 23-dən etibarən öz nəzarətində olan əraziləri bərpa etdikdən sonra aparılmalıdır. Bunun ciddi olmadığını kiməsə izah etməyə ehtiyac yoxdur", - deyə Lavrov "RT Arabic"-ə müsahibəsində deyib

Milli.Az


Etiketlər:  Lavrov Zelenskinin şərtlərini qeyri ciddi adlandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ