Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 09:00
Rusiyanın Sankt-Peterburq şəhərindəki "Hyundai" zavodunun rəhbərliyi işin dayanma müddətini iyunun 30-dək uzadıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, iyulun 4-dən iyulun 17-dək müəssisədə kollektiv məzuniyyət tətbiq oluna bilər. Eyni zamanda, zavod əslində, bir ay yarımdan çox işləməyəcək.
Bununla belə, avtomobil istehsalçısı Rusiya Federasiyasındakı bazarı tərk etmək və işçilərini ixtisar etmək niyyətində deyil.
Qeyd edək ki, bundan əvvəl "Nissan" da Sankt-Peterburqda avtomobil istehsalını bir il müddətinə dayandırmaq qərarına gəlib.