Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya kubokunun qalibi bilindi

Rusiya kubokunun qalibi bilindi

Tarix: 29 May 2022 23:14

Bu gün futbol üzrə Rusiya kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az matc.az-a istinadən bildirir ki, həlledici oyunda paytaxt Moskvanın iki klubu üz-üzə gəlib.

"Spartak" "Dinamo" ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda "Spartak" qələbə qazanıb. Bununla da sözügedən klub tarixində 14-cü dəfə ölkə kubokunun qalibi olub.
 
"Spartak" bu oyundan qalib ayrılmaqla Rusiya superkubokunda çempion "Zenit"lə qarşılaşmaq hüququ qazanıb. Oyun iyulun 9-da keçiriləcək.
 
Rusiya kuboku
Final
29 may
 
Spartak - Dinamo 2:1
Qol: Sobolyov, 10. Promes, 72

Milli.Az


Etiketlər:  Rusiya kubokunun qalibi bilindi


RƏYLƏR