Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 07:52
Qərbin başlatdığı anti-Rusiya sanksiyaları çoxdan hazırlanıb və çətin ki, ləğv olunsun.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın "TF1" telekanalına müsahibəsində deyib.
"Siz dediniz ki, diplomatlar hər iki tərəfdən qovulur. Biz heç kəsi qovmamışıq. İsteriyaya bənzəyən bu sanksiyalar Qərbin təşəbbüsüdür. Onların tətbiq olunma sürəti və həcmi göstərir ki, bu bir gecədə hazırlanmayıb. Onlar çoxdan planlanıb. Çətin ki, bu sanksiyalar aradan qaldırılsın", - deyə Lavrov bildirib.
Rusiyalı nazir deyib ki, sanksiyalar başa çatsa belə o bir müddət qüvvədə qalacaq. Onun sözlərinə görə belə bir açıqlama ABŞ-ın müttəfiqləri tərəfindən verilib.