Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Təyyarədə uçmağa nifrət edirəm'' - Dünyaca məşhur müğənni

''Təyyarədə uçmağa nifrət edirəm'' - Dünyaca məşhur müğənni

Tarix: 30 May 2022 13:15

Dünyaca məşhur müğənni Britni Spirs hər il Nyu-Yorkda keçirilən "Met Gala" gecəsinə qatılmamağının səbəbini açıqlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı əslində gecəyə qatılma planının olduğunu, son anda fikrindən daşındığını vurğulayıb. Britni əlavə edib ki, o, qalaya getməkdənsə, sevimli pijamasını, itini və vanna otağını seçib.

"Əvvəl heç vaxt bunu etməzdim. "Met Gala"ya gedəcəkdim, amma son anda imtina etdim. Təyyarədə uçmağa nifrət edirəm" deyə, Spirs vurğulayıb. 

İzləyiciləri isə ifaçının bu addımını dəstəklədiklərini yazsalar da, məyus olduqlarını və onu gələn il orada görmək istədiklərini bildiriblər. 

Britni hazırda yalnız gəlinlik libasını düşündüyünü əlavə edib. O, geyiminin hazırlanmasını Donatella Versaceyə həvalə edib.

Milli.Az


Etiketlər:  Təyyarədə uçmağa nifrət edirəm Dünyaca məşhur müğənni


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ