Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 13:44
Polşa NATO-nun və Aİ-nin o ölkələrindəndir ki, Ukrayna böhranının uzanmasını istəyir.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev "Rossiya-24" telekanalının efirində deyib.
"Polşanın Donbass və Ukraynada vəziyyətin inkişafı ilə bağlı mövqeyinə gəlincə, bəli, Polşa Birləşmiş Ştatlar, Baltikyanı ölkələr, Böyük Britaniya ilə birlikdə qəti şəkildə münaqişənin uzanmasını istəyən NATO və Aİ ölkələri kateqoriyasına aiddir. Onlar münaqişənin uzadılmasını, Rusiya resurslarının tükənməsini istəyirlər və bu məqsədlə "son ukraynalıya qədər" döyüşməyə hazırdırlar", - deyə o bildirib.
Andreyev əlavə edib ki, Polşa hakimiyyəti Qərbin Ukraynanın bərpası üçün ayıracağı pulun əhəmiyyətli hissəsini alacağını gözləyir. Onun fikrincə, bu, polyakların xarakterik düşüncə tərzidir: başqalarının vasitələrindən istifadə etmək.
Aslan Məmmədov