Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müharibə payızda bitəcək, işğalçılar Ukrayna meşələrində tələf olacaq, qriveni avro əvəz edəcək''

''Müharibə payızda bitəcək, işğalçılar Ukrayna meşələrində tələf olacaq, qriveni avro əvəz edəcək''

Tarix: 30 May 2022 14:32

Ukrayna xilasedicilərinin "Patron" ləqəbli minaaxtaran köpəyi Ukraynada müharibənin bitəcəyi tarixini xəbər verib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Ukraina" telekanalı məlumat verib.

Köpək həmçinin Rusiya hərbçilərinin taleyini və Ukraynanın milli valyutasının məzənnəsini də müəyyən edib.

Bunun üçün jurnalist qadın Yelena Kot  "Patron"a onun sevdiyi pendiri və üzərində Ukraynada hadisələrin inkişafı variantları yazılan stəkan təqdim edib.

Beləliklə, "Patron" üç proqnoz verib:
 - Ukraynada müharibə payızda bitəcək;
 - Rusiya hərbçiəri Ukrayna meşələrində tələf olacaq;
 - Ukraynanın milli valyutası qriveni avro əvəz edəcək.

"Patron" ləqəbli it Çerniqov xilaskarlarının bir növ "tilsim"idir. Cek cinsindən olan iki yaşlı köpək hər yerdə pirotexnikləri müşahidə edir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) "Patron"un Ukrayna ərazilərinin minadan təmizlənməsində iştirak etdiyini göstərib.

Ukraynada müharibə başlanandan köpək FHDX sapyorları  (minaaxtaranlar) ilə bərabər yüzədək partlayıcı əşyaları zərərsizləşdirib.

Kann şəhərində minaaxraran "Patron"  dünyada dördayaqlılar üçün ən nüfuzlu mükafat olan "Palma köpəyi" kino mükafatına layiq görülüb.

Münsiflər heyəti yekdilliklə qərara alıb ki, it bu mükafata layiqdır, çünki Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünya xronikasının ulduzuna çevrilib.

"Qrand- otelin holunda bu gün bizim üçün xoş bir xəbər elan edilib. Təəssüf ki, "Patron" öz ulduz statusu barədə məlumatdan distant yolla xəbər tutub. Lakin qələbədən sonra- kim bilir! - bizim balaca qəhrəman dünya kino paytaxtını ziyarət edərək, öz fanatları üçün avtoqraf- sessiya keçirəcək", - bu barədə FHDX- nın "Facebook" səhifəsində məlumat verilib.

Patronun İnstagram- səhifəsində də mükafata münasibət bildirilib, göstərilib ki, köpək Ukraynada qələbə xəbərini alandan sonra bütün dünya ilə birgə alqış edəcək.

"Mükafatlandırma mərasimində, təəssüf ki, Mixailin (mənim insanım və həmkarım) nitqini kəsiblər. O, çıxışında mənim igidliyimdən ilham almağı və Ukraynaya daha çox silah verməyi xahiş edib.

İndi nə qədər çox silahımız olarsa, düşmənin ərazilərimizi minalamaq üçün zamanı bir o qədər az olacaq", - məlumatda belə deyilir.

Milli.Az


Etiketlər:  Müharibə payızda bitəcək işğalçılar Ukrayna meşələrində tələf olacaq qriveni avro əvəz edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ