Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 14:46
Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.
Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.
Xatırladaq ki, Arıstanbek Məhəmmədiulı mayın 16-da evində axtarış aparılan zaman intihara cəhd etmiş, damarlarını kəsmək istəmişdi.
Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.