Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''2 ay zamana ehtiyacım var'' - Ağadadaş Ağayev

''2 ay zamana ehtiyacım var'' - Ağadadaş Ağayev

Tarix: 31 May 2022 15:20

"Artıq xəstəliklə vidalaşdım. Amma 3-5 aydan bir gedirik müayinəyə".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Sözbaz" proqramında deyib. Xərçəngdən əziyyət çəkən müğənni artıq sağaldığını bildirib. 

Ağayev əlavə edib ki, hələ səhnəyə qayıtmağı düşünmür:

"Tamaşaçılar üçün darıxmışam. 8-ə yaxın mahnı yazmışam, musiqisi özümə aiddir. Onları ərsəyə gətirmək üçün mənə 2 ay zamana ehtiyacım var. Dinləyicilər zaman versin, qayıdacam".

Qeyd edək ki, müğənni bir neçə dəfə İstanbulda əməliyyat olunub.


Etiketlər:  zamana ehtiyacım Ağadadaş Ağayev


RƏYLƏR