Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tosu gecə durub dedi ki su ver, elə onda da...” - Qardaşı danışdı

“Tosu gecə durub dedi ki su ver, elə onda da...” - Qardaşı danışdı

Tarix: 31 May 2022 20:06

Xəbər verdiyimiz kimi, "Tosu Zəngilanlı" kimi tanınan tiktok fenomeni mərhum Əbülfəz Abbasovun bu gün dəfn edilib.

Milli.Az Azxeber.com-a istinadən bildirir ki, Əbülfəz Abbasovun qardaşı onun vəfatının təfərrüatlarını bölüşüb: "Qardaşım səhər yuxudan durdu və məndən su istədi. Nəfəs alma problemi olduğu üçün onu tez-tez yoxlayırdım. 1 saat sonra yenidən onu yoxlamağa gələndə gördüm ki, artıq keçinib. Bəzi saytlar Tosunun narkotik istifadə etməsi və ya atasının olmaması haqda yazırlar. Tosu ümumiyyətlə narkotik istifadə etməyib. Atası da sağdır. Dünən axşam toyda olub. Amma spirtli içki qəbul etməyib. Ciyərlərində və bronxlarında problem olduğu üçün nəfəs alması da problemli idi".

Mərhumun nəşi yaşadığı Zəngilan şəhərciyindən Biləcəri qəbiristanlığına aparılıb və orada da dəfn edilib.

Qeyd edək ki, mərhumun anası ötən il koronavirusdan vəfat etmişdi.

Milli.Az


Etiketlər:  Tosu gecə durub dedi ki su ver elə onda da Qardaşı danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ