Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tromboflebit

Tromboflebit

Tarix: 31 May 2022 21:48

Yaş ötdükcə bir çox insanlar ayaqlarında ağrı hiss edirlər. Eyni zamanda ayaqların şişməsindən əziyyət çəkənlər də olur. Bu xəstəlik tromboflebit adlanır.

Tromboflebit-müəyyən iltihab prosesidir və zaman keçdikcə venoz tromba səbəb olur. Tromboflebit daha çox aşağı ətrafların damarlarında yaranır. Amma bununla yanaşı, başqa formaları, yəni döş və boyun nahiyələrində, eyni zamanda yuxarı ətraflarda da yaranan formaları var. Bəzi tromblar (qan laxtası) sağlamlığa ziyan vurmadan sovrulur. Bəziləri isə qan dövranı prosesini pozur və damarları tıxayır. Tromp damarın divarından qoparaq qan vasitəsilə digər orqanlara axanda həyat üçün təhlükə yarada bilər.

İltihab proseslərinin yerləşmə dərinliyindən asılı olaraq tromboflebit dərialtı və dərin olaraq ayrılır.

Tromboflebitin yaranma səbəbi

-Damarların varikoz xəstəliyi. Ən çox bu səbəbdən yaranır. Bu zaman qan damarlarında tıxanma olur;

-Qan laxtalanmasının yüksək olması. Bəzən irsi, bəzəin isə müəyyən dərmanlarla müalicənin, orqanizmin susuzluğunun və fiziki aktivliyin az olması səbəbindən yaranır;

-Orqanizmdə infeksiyaların olması. İnfeksiyalar bəzən yaxın toxumalarda ola bilər və damarların divarına keçərək qana qarşıa bilər. Ətrafların tromboflebitinə səbəb olan infeksiyalar əsasən qripp, tonzillit, vərəm və pnevmoniyadır;

-Damar divarlarının zədələnməsi. Bu prosesdən sonra iltihab prosesi başlayır;

-Yavaş qan axını. Varikoz, ürək çatışmazlığı və uzun müddət yataq rejimində olanda ortaya çıxır.

Tromboflebitin simptomları

Tromboflebitin simptomları fərqli ola bilər. Əsas damarlarda iltihabın yaranmasına xəstəlik hissi, ayaqlarda və baldırlarda ağırlıq, yanma hissi, ayaqların şişməsi və dəri örtüyünün qızarması simptomları ilə üzə çıxır.

Tromboflebitin müalicəsi

Ağrı hiss etdikd ibuprofen kimi analgetik qəbul edərək ağrını aradan qaldırmaq olar.  Bəzən isə şişkinliyin və ağrı hissinin ortadan qalxması bir neçə gün, bir neçə həftə davam edə bilər.

Əgər ağrılar güclüdürsə, xəstəxanada həkim cərrahi müdaxilə edə bilər. Lokal anesteziya etmək, trombu çıxarmaq və bağlamaq. Sarğı bir neçə gün qalmalıdır. Tromboflebitin istənilən mərhələsini müalicə edəndə istənilən üsul tətbiq edilə bilər və əlavə olaraq antikoaqulyant tətbiq edilə bilər. Bu vasitələr qanın laxtalanmasını azaldır.

Tromboflebitin müalicəsində ən geniş yayılmış xalq təbabəti növləri:

-Zəli ilə. Zəlini şişmiş yerə qoyaraq qan axmasını təmin edirlər. Unutmayın, çirkli tromboflebit zamanı bu üsul qadağandır;

-Kompress. Məsələn, dəniz suyu ilə isladılmış dəsmal qoymaq. Eyni zamanda çobanyastığı və adaçayı məhlulu ilə də etmək olar;

-Bitki qarışığı. Müxtəlif ot və bitkilərdən məhlul hazırlayın, bir stəkan qaynar suda qarışıdırın və bir neçə çay qaşığı qəbul edin.

Tromboflebiti xalq təbabəti ilə müalicə edəndə mütəxəssisin nəzarəti altında olmaq lazımdır.


Etiketlər:  Tromboflebit


RƏYLƏR