Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 13:08
Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, bu çərçivədə 02.06.2022-ci il tarixindən "Kral-Transport" şirkətinin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.
132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0.35 AZN müəyyən edilib.
Məlumat üçün qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi "BakıKart" vasitəsilə nağdsız formada həyata keçirilir.