Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 23:46
Norveç Rusiya ilə nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq layihələrinin maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Norveçin "High North News" portalı məlumat yayıb.
Nəşr Norveçin Nüvə və Radiasiya Təhlükəsizliyi İdarəsinin direktoru Per Stranda istinadən vurğulayır ki, bu layihələr bir neçə onilliklər ərzində uğurla həyata keçirilir və iki ölkə arasında uğurlu qarşılıqlı fəaliyyətin nümunəsi hesab edilirdi.
Strand həmçinin qeyd edib ki, Norveç ilk növbədə maraqlı olduğu sahələrdə monitorinq, dövlətlərarası dialoq və radiasiya hadisələri zamanı qarşılıqlı məlumatlandırma sahəsində Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Strand, "Rusiya səlahiyyətliləri ilə öz nüvə hazırlığımız üçün vacib olan nüvə təhlükəsizliyi məsələsi, habelə insidentlər və nüvə çirklənməsi riskini azaltmaq üçün dialoqumuzu davam etdirəcəyik" deyib və əlavə edib ki, tərəflər arasında dialoq çətin vəziyyətə baxmayaraq, konstruktiv və səmimi idi.
Norveç 1995-ci ildən ətraf mühitin mühafizəsi, habelə nüvə və radiasiya təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlıq edir, bu illər ərzində bir çox layihələr, o cümlədən nüvə sualtı reaktorlarının utilizasiyası ilə bağlı layihələr həyata keçirilib.