Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“ABŞ-a zərbə endirə bilərik” - Rusiyadan inanılmaz HƏDƏ

“ABŞ-a zərbə endirə bilərik” - Rusiyadan inanılmaz HƏDƏ

Tarix: 2 Iyun 2022 08:28

Rusiya Ukraynanı reaktiv yaylım atəş sistemləri və uzaqmənzilli raketlərlə təchiz edən ABŞ-a hərbi zərbə endirə bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Aleksandr Perenciyev deyib.

Onun fikrincə, ABŞ Ukraynanı öz məqsədlərinə çata biləcək silahlarla təmin etmək qərarına gəlsə, Rusiya bunun qarşısını almaq üçün Amerikaya zərbə endirmək məcburiyyətində qalacaq.

Həmçinin Rusiyanın ABŞ-a zərbə endirməyə hazır olub-olmaması ilə bağlı suala Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da cavab verib.

"Buna mənfi baxırıq. ABŞ Kiyev rejimini açıq şəkildə silahla gücləndirir", - Ryabkov bildirib.

O qeyd edib ki, Kiyevə istənilən silah ötürülməsi Rusiya ilə ABŞ arasında birbaşa qarşıdurma riskini artıra bilər.

Milli.Az


Etiketlər:  ABŞ a zərbə endirə bilərik Rusiyadan inanılmaz HƏDƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ