Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TAP Albaniyanın dağlarını qət etdi

TAP Albaniyanın dağlarını qət etdi

Tarix: 1 May 2019 10:06

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) Albaniyanın dağlıq ərazilərini qət edib.

Trend-in məlumatına görə, bunu TAP-ın Albaniya üzrə meneceri Malfor Nuri deyib.

O bildirib ki, TAP xarici investisiyaların həcmi baxımından Albaniyanın ən iri layihəsidir:

“Biz fəxr edirik ki, çətinliklərin öhdəsindən gələrək boru kəmərini dəniz səviyyəsindən 2 min metr yüksəklikdən keçirə bilmişik”.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Albaniyanın dağlarını qət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ