Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya iqtisadiyyatının kiçiləcəyi faiz nisbəti açıqlandı

Rusiya iqtisadiyyatının kiçiləcəyi faiz nisbəti açıqlandı

Tarix: 2 Iyun 2022 09:00

Rusiyada iqtisadiyyatın yanvar ayında əvvəlki ilə nisbətən 5,6 faiz artdığı açıqlanıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya İqtisadi İnkişaf Nazirliyinin dərc etdiyi "İqtisadiyyatda mövcud vəziyyət" adlı hesabatda qeyd olunub.

Hesabatda Rusiya iqtisadiyyatının fevralda 4,1 faiz, martda isə 1,3 faiz artdığı, apreldə isə iqtisadiyyatın 3 faiz azaldığı bildirilir. Rusiyaya qarşı hərtərəfli sanksiyalara baxmayaraq, ölkə iqtisadiyyatının ilin ilk 4 ayında əvvəlki ilə nisbətən 1,7 faiz artdığı açıqlanıb.

Qeyd edək ki, Qərbin sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının bu il 10-12 faiz kiçiləcəyi gözlənilir.


Etiketlər:  Rusiya iqtisadiyyatının kiçiləcəyi faiz nisbəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ