Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkə üzrə üstünlük verilən turistik məkanlar hansılardır? - Agentlik AÇIQLADI

Ölkə üzrə üstünlük verilən turistik məkanlar hansılardır? -  Agentlik AÇIQLADI

Tarix: 2 Iyun 2022 15:52

Dövlət Turizm Agentliyi tərəfindən sosial media istifadəçilərinin ölkə üzrə üstünlük verdiyi turistik məkanların "turizm xəritəsi"nin müəyyənləşdirilməsi, həmin məkanlar haqqında məlumatlılıq və aktuallıq səviyyəsinin yoxlanılması məqsədilə "Instagram" sosial şəbəkəsinin 2018-2021-ci illəri əhatə edən təhlil nəticələri üzrə hesabat hazırlanıb.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, araşdırma 70 fərqli məkan üzrə paylaşımların sayı, bəyənilmə statistikası, dil faktoruna əsasən səyahət istiqamətlərinin və səfərlərin mövsümiliyinin aşkar edilməsini və müvafiq olaraq proqnozlar verilməsini hədəfləyir.

Araşdırmada seçilmiş məkanlar təbiət, xüsusi maraq və şəhər təcrübəsi, sağlamlıq, mədəniyyət və tarix kimi 4 kateqoriya əsasında təsnifatlaşdırılıb.

Paylaşım sayına görə təbiət kateqoriyası 43.8%-lə birinci sırada, 38.7%-lə xüsusi maraq və şəhər təcrübəsi ikinci sırada, 12.79%-lə mədəniyyət və tarix üçüncü sırada, 4.7%-lə isə sağlamlıq kateqoriyası dördüncü sırada qərarlaşıb.

Mövsümə uyğun təsnifatlaşdırmaya əsasən yaz və qış mövsümü üzrə edilmiş paylaşımlarda xüsusi maraq və şəhər təcrübəsi, yay və payız mövsümündə olan paylaşımlarda təbiət kateqoriyası üstünlük təşkil edir.

Təhlilə əsasən yay aylarında təbiət kateqoriyasında yer alan məkanlarda həyata keçirilən paylaşımların qış aylarından 4 dəfə daha çox olduğu müəyyənləşib. Oxşar göstəricilər mədəni və tarixi turizm məkanlarında da qeydə alınıb ki, bu destinasiyaların da yaz və yay mövsümlərində daha çox turistlər tərəfindən ziyarət olunduğu müşahidə edilir.

Paylaşımların 79%-ə yaxını Azərbaycan dilində, daha sonra isə ingilis, rus, fars, ispan, italyan və digər dillər üzrə edilib.

Təhlillər nəticəsində müəyyən olunub ki, əcnəbi turistlər arasında xüsusi maraq və şəhər təcrübəsi üzrə turlara maraq digər kateqoriyalara nisbətən daha yüksəkdir ki, bu da həmin istiqamətdəki paylaşımların təxminən 48%-ni əhatə edir.

Tədqiqat nəticələrinə əsasən müvafiq olaraq 21%, 19%, 18% və 12% göstəricilərlə Göygöl, Lerik, Qəbələ və Quba təbiət kateqoriyası üzrə ilk sıralardadır. Paylaşımlara əsasən ən populyar şəhərlər Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və Qubadır (20 min).

Qeyd edək ki, turizm potensialının düzgün təhlili və yeni imkanların araşdırılması, o cümlədən marketinq fəaliyyətinin həyata keçirilməsi üçün instaqram sosial şəbəkəsinin təhlili son dövrlərdə beynəlxalq təcrübədə geniş istifadə olunmağa başlanılıb.


Etiketlər:  Ölkə üzrə üstünlük verilən turistik məkanlar hansılardır Agentlik AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ