Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eks-naziri təhqir edən jurnalistin həbsinə qərar verildi

Eks-naziri təhqir edən jurnalistin həbsinə qərar verildi

Tarix: 2 Iyun 2022 16:08

Türkiyənin məşhur telejurnalisti Uğur Dündarın həbsinə qərar verilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Uğur Dündar illər öncə yazdığı köşə yazısında o zaman ölkənin nəqliyyat naziri olmuş Binəli Yıldırım haqqında təhqiramiz ifadələr işlətməsi səbəbindən məhkəməyə verilib. 

Məhkəmə şikayətçi tərəfin iddiasını təmin edərək, jurnalistin 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. 

Uğur Dündarın vəkili vəsatət qaldıraraq həbsin pul cəzası ilə əvəzlənməsini tələb edib. Daha sonra məhkəmə həbs cəzasını 10 min 500 türk lirəsi məbləğində cərimə ilə əvəzləyib.

Milli.Az


Etiketlər:  Eks naziri təhqir edən jurnalistin həbsinə qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ