Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 16:24
Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putindən Ukraynaya təcavüzə son qoymasını xahiş edib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında foto yayımlayıb.
"Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur. Bu münaqişə şərdir, əsassızdır və xalqa ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir. Biz bunu dayandırmalıyıq", - Pele bildirib.
Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüblər. Rusiya Prezidenti daha sonra Peleni sevimli oyunçularından biri adlandırıb.