Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Restoranlarda qiymət artımı: Yeməklər bahalaşdı - VİDEO

Restoranlarda qiymət artımı: Yeməklər bahalaşdı - VİDEO

Tarix: 2 Iyun 2022 16:46

Son aylarda bazarda müşahidə edilən qiymət artımı kafe və restoranlara da təsirsiz ötüşməyib. Bu iaşə obyektlərində menyular əvvəl ki dövrlərlə müqayisədə nəzərə çarpacaq dərəcədə bahalaşıb. Salatlar, kabablar, su və spirtli içkilər daha ənənəviqiymətlərə satılmır. Vətəndaşların sözlərinə görə, bahalaşma qazan yeməklərində təxminən 3 manat 50 qəpik, kabablarda isə 1 manatdan çoxdur. Salat və soyuq içkilərdə 50 qəpikdən 3 manatadək qiymət artımı var. Bahalaşma Paytaxtın mərkəzi yerlərindəki kafe və restoranlarda daha çox müşahidə edilir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, restoran inzibatçıları deyir ki, qiymət artımının səbəblərindən biri əsas ərzaq və tərəvəz məhsullarının bahalaşmasıdır.

Bahalaşmaya səbəb olan amillərin biri də müştəri sayı ilə bağlıdır. Xüsusilə ailəvi şəkildə qonaq gələnlər əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb.

Restoran inzibatçıları bahalaşmanın bundan sonra da davam edəcəyi qənaətindədirlər.

Qeyd edək ki, hazırda şəhər ətrafı ərazilərdəki restoranlarda 2 nəfərlik yemək menyusu 30-70 manat arası dəyişir. Paytaxtın mərkəzi yerlərində isə bu qiymət daha çoxdur.

Milli.Az


Etiketlər:  Restoranlarda qiymət artımı Yeməklər bahalaşdı VİDEO


RƏYLƏR