Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 17:24
İndoneziyalı dənizçilər okeanda penoplast üzərində dörd gün keçirsələr də, sağ qalmağı bacarıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dörd dənizçinin olduğu gəmi fırtına nəticəsində batıb.
Sağ qalmaq üçün onlar gəmidəki bir neçə penoplast qutunu bir-birinə bağlayaraq qayıq düzəldib, özləri ilə su və qida ehtiyatı götürüblər. Ertəsi gün İndoneziya Sahil Mühafizəsi gəminin təyinat yerinə çatmadığı üçün itkin düşdüyünü elan edib.
Yalnız dörd gün sonra dənizçilər xilasetmə əməliyyatında iştirak edən balıqçılar tərəfindən aşkar edilib.
Xilasedicilərin sözlərinə görə, dənizçliərdən heç biri ciddi xəsarət almayıb və onlar evə qayıtmağa hazırdırlar.