Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millətlər Liqası: Gürcüstandan darmadağın, Kosovo səfərdə qələbə qazandı

Millətlər Liqası: Gürcüstandan darmadağın, Kosovo səfərdə qələbə qazandı

Tarix: 2 Iyun 2022 23:36

UEFA Millətlər Liqasında yeni mövsüm davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu gün I turun daha 4 oyunu keçirilib.

Qarşılaşmalardan üçü C, biri isə D Liqasında oynanılıb.

C Liqasının 2-ci qrupunda Kosovo səfərdə Kipri məğlub edib - 2:0.

4-cü qrupda Gürcüstan Cəbəllütariqi 4 cavabsız qolla üstələyib. Bu qrupun digər matçında Bolqarıstan Şimali Makedoniya ilə bərabərə qalıb - 1:1.

Nəhayət, D Liqasının 2-ci qrupunda Estoniya San-Marinonu məğlubiyyətə uğradıb - 2:0.

UEFA Millətlər Liqası
I tur
C Liqası

2-ci qrup
Kipr - Kosovo - 0:2
Qollar:
 Valon Berişa, 65. Edon Joqrova, 78

4-cü qrup
Bolqarıstan - Şimali Makedoniya - 1:1
Qollar:
 Kiril Despodov, 34 - Milan Ristovski, 50

Gürcüstan - Cəbəllütariq - 4:0
Qollar
: Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88

D Liqası
2-ci qrup
Estoniya - San Marino - 2:0
Qollar:
 Robert Kirss, 23. Conas Tamm, 32

Milli.Az


Etiketlər:  Millətlər Liqası Gürcüstandan darmadağın Kosovo səfərdə qələbə qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ