Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 08:38
İsveç Müdafiə Nazirliyi Ukraynaya üçüncü yardım paketi çərçivəsində"RBS-17" gəmi əleyhinə raket kompleksi göndərəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The Warzone" nəşri məlumat yayıb.
İsveçin müdafiə naziri Peter Hultkvist bildirib ki, bu sistemlərin göndərilməsi Ukrayna tərəfinintələbi əsasında baş tutub.
"RBS-17" Amerikanın tank əleyhinə idarə olunan "AGM-114 Hellfire" raketlərinin İsveç versiyasıdır və dəniz hədəflərinə atəş açmaq üçün uyğunlaşdırılıb.
Raket 1987-ci ildən istehsal olunur.
Raket radar və lazer yönləndirmə sistemlərindən istifadə edilməklə və 8 km-ə qədər məsafədə atış edə bilir.
O, yüksək partlayıcı parçalanma döyüş başlığına malikdir və yerüstü hədəflərə qarşı istifadə olunur.