Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 14:46
Ukraynaya AB üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik, lakin proses sürətli olmayacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
"Biz başa düşməliyik ki, bu, tarixi məqamdır. Bu, həm də o deməkdir ki, Şimali Makedoniya və Albaniya nəhayət üzvlük danışıqlarına başlaya bilər", - nazir bildirib.
Berbok qeyd edib ki, Kiyev üçün heç bir "endirim" (Ukraynanın AB-yə sürətli daxil olması - red.) ola bilməz:
"Amma Avropa İttifaqı olaraq onların üzünə qapını bağlamamaq kursu götürməliyik".