Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 17:35
"İstəmirdim Emil müğənni olsun. O qədər oxuyan var ki, özünü doğrulda bilmir. Gedərsən oxuyarsən onlar kimi, qalaram belə. Amma son illər deyirlər ki, yaxşı oxuyur".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Səhər mərkəzi" proqramında deyib. Aktyor müğənni oğlu Emil Rəhmanoğlunun ifaçı olmasını istəmədiyini deyib:
"40 il toya getdim. 10 ildir getmirəm. 3 il bundan əvvəl səhərəyaxın ağrılarım başladı. Apardılar xəstəxanaya, komaya düşdüm. Məni reanimasiyaya yerləşdirdilər, özümdə olmamışam. Heydər Əliyev Fondu xəbər tutdu, Birinci xanım Mehriban Əliyeva tapşırıq verdi, müalicəmi etdilər. Onda Emilə xəbər çatdırıblar ki, atan ölür, o da ifliç olub. Oğlum özündə deyil, yerişində zadda problem yaranıb. Bəzi ağzıgöyçəklər isə deyir ki, başqa şeylər edib, ondan olub".