Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir vaxtlar dünyanı özünə heyran edən ''İstisu'' sanatoriyası... VİDEO

Bir vaxtlar dünyanı özünə heyran edən ''İstisu'' sanatoriyası... VİDEO

Tarix: 4 Iyun 2022 18:30

Tərkibində olan müxtəlif maddələr bir çox xəstəliklərin sağalmasında əsas rol oynayır. Elə məhz bu səbəbdən də bir vaxtlar dünyanın əskər ölkələrindən insanlar sağlamlıqlarına qovuşmaq üçün bu əraziyə gəlməyə üstünlük verirdilər. Kəlbəcər rayonunun İstisu qəsəbəsində inşa olunan ''İstisu'' sanatoriyası təkcə Kəlbəcəri yox, həm də Azərbaycanı dünyaya tanıtdırmışdı. Kəlbəcər işğal olunandan sonra isə əsarətdə qalan sanatoriya kompleksini ermənilər darmadağın ediblər. Əməkdaşımız Ömər Xıdırov ''İstisu'' sanatoriyasından reportaj hazırlayıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yerdən qaynayan bu su kimyəvi tərkibinə görə bir vaxtlar xarici tursitləri özünə cəlb edirdi. Nəinki Kəlbəcəri,Azərbaycanı dünyaya tanıdan istisu mineral bulaqlarından istifadə edən insanlar bir çox xəstəlikləri dəf edirdilər.

Rayonun İstisu qəsəbəsi ərazisində yerləşən bu bulaqlardan çıxın suyun hərarəti 58,8 dərəcədir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Çexiyanın Karlovı-Varı bulaqlarının eynisidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

İstifadəyə verildikdən sonra SSRİ hökümətinin qərarı ilə sanatoriya ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilir.

Dünyanı özünə heyran edən ''İstisu'' sanatoriyasında işğaldan sonra vəziyyət tamamilə dəyişib.Ermənilər sanatoriyanın divarlarını dağıdıb,pəncərələrini və içərisində olan bütün əşyalarını oğrulayıblar. İstisu sanatoriyasının binasına baxdıqda ermənilərin nəyə qadir olduğunu açıq-aydın görmək olur.

Araşdırmaçı Tural Mehdiyev deyir ki,istisu sanatoriyası tikilərkən burada müalicə alan şəxslərin rahatlığı üçün hər cür şərait yaradılmışdı.

30 ilə yaxın bir müddətdə erməni əsarətində qalan ''istisu'' sanatoriyası artıq öz sahiblərinə qovuşub. Tezliklə sanatoriya əvvəlki vəziyyətinə qayıdacaq və turistlərin ən çox ziyarət edəcəkləri bir məkana çevriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  vaxtlar dünyanı özünə heyran edən İstisu sanatoriyası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ