Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çox isti hava və geyim kişi potensiyasının düşmənidir - Yapon alimləri

Çox isti hava və geyim kişi potensiyasının düşmənidir - Yapon alimləri

Tarix: 4 Iyun 2022 20:27

Geyim və alt paltarının temperaturunun az da olsa qalxması spermatozoidlərə mənfi təsir edir.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, kişilərdə cinsi hormonlar toxum kisəsində yerləşdiyi üçün onun normal sintezinə sərin və soyuq hava tələb olunur.
İsti spermin düşmənidir.

Hətta havanın 5 dərəcə istiləşməsi və geyimin temperaturunun 3-4 dərəcə yüksəlməsi spermin hasilini pozur.

Yapon bioloqları siçanlar üzərində apardıqları təcrübədə temperaturun 30-40 dərəcə qalxmasının onlarda təsirini araşdırıb.
34 dərəcə temperatur normal spermatozoidlərin əmələ gəlməsi üçün optimal hərarətdir.

Lakin bədənin, toxum kisəsinin 38 dərəcəyə qədər qızması zamanı hüceyrələrin bölünməsi prosesi pozulur.

Yüksək temperaturdan xromosom pozulmaları müşahidə olunur, onlar ölür, hamiləlik baş tutmur.

"Biz gözləməzdik ki, tibbə məlum fenomenin arxasında temperatur şərtləri bu qədər kaskad rolunu oynayır", - deyə Şosey Yoşida bildirib.

Milli.Az


Etiketlər:  Çox isti hava geyim kişi potensiyasının düşmənidir Yapon alimləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ