Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Ukraynada araşdırmalara başlayır

BMT Ukraynada araşdırmalara başlayır

Tarix: 4 Iyun 2022 20:42

BMT-nin Ukraynadakı pozuntuları araşdıran Müstəqil Beynəlxalq Komissiyasının komissarları iyunun 7-dən 16-dək ölkədə ilk missiyasını həyata keçirəcəklər.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

"Komissarlar insan hüquqlarının mümkün pozuntuları və təqibləri araşdırmaq, beynəlxalq humanitar hüququn pozulması barədə ilk mənbədən məlumat əldə etmək, habelə zərərçəkənlərlə görüşmək və Ukraynanın bir sıra şəhərlərinə, xüsusilə Lvov, Kiyev, Xarkov və Sumıya səfər etmək niyyətindədirlər", - məlumatda qeyd olunub.


Etiketlər:  Ukraynada araşdırmalara başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ